Cəmiyyət

Azərbaycanda güclü qar yağdı

3 Dekabr 2014 11:39
5 Şərh     Baxış: 5 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dekabrın 2-si gün ərzində, dekabrın 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, ən çox düşən yağıntının miqdarı Rvarudda (Lerik) 13, Şamaxıda 8, Kəlvəzdə 7, Astara, Lerikdə 4, Lənkəran, Daşkəsən, Gədəbəy, Qubada 3, Şahbuz, Gəncə, Ağdərə (Ordubad), Zaqatala, Şəki, Xaçmazda 2, Naftalan, Şəmkir, Oğuz, Tərtər, Mingəçevir, Neftçala, Göytəpə, Yardımlı, Sarıbaşda (Qax) 0-1, Bakıda və Abşeron yarımadasında: Neft Daşları, Sumqayıtda 5, Maştağada 4, Binə, Pirallahı, Çilov adasında 3, Qum yatağı, Bakıda 2, Qaradağda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Rvarudda (Lerik) 26, Kəlvəzdə 20, Daşkəsəndə 15, Xınalıq, Lerikdə 7, Sarıbaş, Gədəbəydə 6, Ağdərədə 4, Altıağacda 3, Şahbuz, Qubada 1 sm olub.

Şimal küləyi bəzi rayonlarda 20 m/s-dək güclənib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.