Cəmiyyət

Azərbaycanda bəzi məktəblərin direktorlarına yeni səlahiyyət verildi

2 Dekabr 2014 17:22
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda respublika tabeli ümumtəhsil məktəbinin (internat, lisey, gimnaziya və s.) təsərrüfat işləri üzrə direktor müavini ilə əmək münasibətlərinin tənzimlənməsi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təhsil naziri Mikayıl Cabbarov bununla bağlı "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mərkəzi aparatına və sisteminə daxil olan işçilərin vəzifə nomenklaturasının siyahısı"na dəyişikliklər edib.

Qeyd edək ki, adıçəkilən siyahıya əsasən, respublika tabeli ümumtəhsil məktəbinin direktoru, direktor müavinləri Təhsil Nazirliyinin Mərkəzi aparatına və sisteminə daxil olan işçilər hesab edilsə də, təsərrüfat işləri üzrə direktor müavinləri bu siyahıya daxil deyil.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.