Cəmiyyət

Bakıda 3 yaşlı qızcığazın göz yaşları bağçalarda ağlamalı vəziyyəti üzə çıxardı - VİDEO

2 Dekabr 2014 00:15
3 Şərh     Baxış: 6 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın uşaq bağçalarında körpə qız uşağına verilən mənəvi işğəncə ilə bağlı video görüntü məktəbəqədər təhsil müəssisələrindəki vəziyyəti yenidən gündəmə gətirib. İnternetdə yayılan videoda qeyri-peşəkar insanların mənəvi iztirablarını nəzərə almadan uşaqla necə davrandıqlarını görən Milli.Az oxucuları da hiddətlərini bildiriblər. Təkcə saytımızda həmin xəbərə yayılan şərhlər və Facebook sosial şəbəkəsində başlayan müzakirələr belə bir vəziyyəti insanların olduqca aqressiva qarşıladıqlarını göstərdi.

Bəs günah kimdədir?

Təhsil üzrə ekspert Etibar Əliyev məkbətəqədər təhsil müəssisələrində yaşanan bu cür neqativ halların günahını icra hakimiyyətlərində görür.

"Uşaq bağçaları icra hakimiyyətlərinin tabeçiliyinə verildikdən sonra təlim və tərbiyə prosesində xeyli gerimələr olub. Bağçalara nəzarət xeyli zəifləyib", - deyən ekspert hesab edir ki, uşaq bağçaları, ümumiyyətlə, təhsil müəssisələri Təhsil Nazirliyinin tabeçiliyində olmalıdır.

"İcra hakimiyyətlərində elə bir strukturlar yoxdur ki, həm tərbiyə ilə, həm də bağça proqramına uyğun olaraq tədrislə məşğul olsunlar. Bu səbəbdən də təhsil müəssisəsinin icra hakimiyyətindən asılılığı bu cür neqativ halların yaranmasına səbəb olur", - o vurğulayıb.

Onun sözlərinə görə, hazırda məktəbəqədər təhsil müəssisələrinin heyəti çox qeyri-müəyyən bir heyətdir. Tərbiyəçi müəllimlərin böyük əksəriyyəti orta-ixtisas təhsili məktəblərini bitiriblər. Xadimələr, eyni zamanda texniki işlərə baxan, tam təsadüfi insanlar uşaqların tərbiyəsi ilə məşğul olurlar. Tədris müəssisələrində çalışanların böyük əksəriyyəti, bəlkə də, məktəbəqədər təhsil sisteminə uyğun gəlməyən adamlardır.

Etibar Əliyev hesab edir ki, məktəbəqədər təhsil müəssisələrinin qeyri-peşəkarlar tərəfindən zəbt olunmasının başlıca səbəbi əmək haqlarının aşağı olmasıdır. Peşəkar insanlar aylıq 120-130 manat əmək haqqı ilə uşaq tərbiyə etmək kimi ağır yükü üzərlərinə götürmək istəmirlər.

"120-130 manata bu işləri görə biləcək adamları tapmaq çətin olduğu üçün bu cür təsadüfi adamlar uşaq bağçalarına yol açırlar. Bu cür hallar uşaqların psixologiyasına və tərbiyəsinə mənfi təsir göstərir", - o əlavə edib.

Teymur Hacıyev
Milli.Az


Uyğun link: Bakıdakı uşaq bağçasında körpə qıza belə mənəvi işgəncə verirlər - VİDEO

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.