Cəmiyyət

Dekabrın ilk günü dumanla gəlir

30 Noyabr 2014 14:56
14 Şərh     Baxış: 5 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həftənin ilk iş günü Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 2-5°, gündüz 7-10°, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 8-13 m/s olacaq, gecə arabir 18-23 m/s-dək güclənəcək.

Gündüz şimal-qərb küləyi 9-14 m/s sürətlə əsəcək, axşama doğru arabir 18-23 m/s-dək güclənəcək.

Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, lakin günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.