Cəmiyyət

Bu gün qar yağacaq

29 Noyabr 2014 00:05
16 Şərh     Baxış: 7 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanın əksər rayonlarında qar yağacağı gözlənilir

Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən, gecə və axşam çiskinli az yağıntılı olacağı ehtimalı var. Şimal küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, havanın temperaturu gecə 3-5°, gündüz 5-8° isti, Bakıda gecə 3-5°, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faziz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir .

Bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 5-10° şaxta, gündüz 2°-dən şaxtadan 3°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 2-5°, gündüz 5-9° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 5-7°, gündüz 7-10° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-4° isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.