Cəmiyyət

Dekabrda donacağıq?

28 Noyabr 2014 13:30
14 Şərh     Baxış: 8 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olsa da, bəzi dövrlərdə normadan aşağı enəcəyi, soyuq keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında

Temperatur:
Orta aylıq 4-7° isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Gecələr 1-5° isti, ayrı-ayrı günlərdə 0-4° şaxta təşkil edəcək.
Gündüzlər 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 2°-dək isti.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 25-34 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Temperatur:
Orta aylıq 5-8° şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Gecələr 9-14° şaxta, bəzi günlərdə 18-23°, ayın sonunda 25-28° şaxta,
gündüzlər 2° şaxtadan 3°-dək isti, ayın birinci ongünlüyünün bəzi günlərində
4-6° isti, ayın ortalarında və sonunda 6-11° şaxta olacağı gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 20-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Temperatur:
Orta aylıq 0-5° şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Gecələr 3-8° şaxta, bəzi günlərdə 15°-dək şaxta, ayın sonunda 18-23° şaxta
gözlənilir.
Gündüzlər 3° şaxtadan 2°-dək isti, ayrı-ayrı günlərdə 5-10° şaxta təşkil edəcək.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 27-30 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Temperatur:
Orta aylıq -2° şaxtadan 3°-dək isti gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Gecələr 3-8° şaxta, ayın birinci ongünlüyündə 0-5° isti olacağı gözlənilir.
Gündüzlər 1-6° isti, bəzi günlərdə 0-5° şaxta təşkil edəcək.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 13-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Temperatur:
Orta aylıq 0-5° şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Gecələr 3-8° şaxta, ayın sonunda 10-15° şaxta, yüksək dağlıq ərazilərdə
20-25° şaxta gözlənilir.
Gündüzlər 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 2-7° şaxta, dağlarda 13°-dək şaxta,
ayın birinci ongünlüyünün bəzi günlərində 4-6° isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

orta aylıq temperatur 0-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcəyədək şaxta, gündüzlər 3-8 dərəcə isti, ayın birinci ongünlüyündə 10-12 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Temperatur:
Orta aylıq 0-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Gecələr 0-4° şaxta, ayın sonunda 1-6° şaxta, dağlarda 3-8° şaxta,
ayın sonunda 15-18° şaxta təşkil edəcək.
Gündüzlər 5-10° isti, dağlarda 2-7° şaxta gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.