Cəmiyyət

Azərbaycanda ölüm körpüsü

27 Noyabr 2014 17:41
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolu yenidən qurulub istifadəyə verilib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ancaq avtomobil yolu yenidən qurulub istifadəyə verilsə də, yolun Ağstafa şəhərinin çıxışında, dəmir yolu xətti üzərində olan, təxminən 10 metr hündürlüyə malik körpü təhlükəli vəziyyətdədir. Bu cür vəziyyət ərazidə tez-tez yol qəzalarına səbəb olur ki, bunların da əksəriyyəti ölümlə nəticələnir. Körpüdən düşən avtomobillər yüksək gərginlikli elektrik xətlərinə toxunduğundan bədbəxt hadisələr qaçılmazdır. Körpü yolun döngəsində olduğundan dönmə əməliyyatı etmək də çətinləşir.

Sürücülər yağışılı və qarlı havalarda körpünün daha təhlükəli olduğunu bildirirlər. Buradan istifadə edən 20-yə yaxın yaşayış məntəqəsinin sakinləri körpünün kənarlarına qoruyucu yan hasarların quraşdırılmasını istəyirlər.

Mövcud problemlə bağlı 26 saylı Ağstafa Yol İstismar İdarəsinə müraciət etdik. Bildirildi ki, körpü idarənin balansındadır. Amma görünür ki, körpünün qəzalı vəziyyətdə olması onları heç də narahat etmir. Baş verən qəzaları nəzərə alsaq, qabaqlayıcı tədbirlər haqqında düşünməyə dəyər. Axı nəticədə itirilən insan ömrüdür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.