Cəmiyyət

Bakını turistlərin gözündən salan mənzərə - FOTO

28 Noyabr 2014 00:25
19 Şərh     Baxış: 12 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bura gələnlər haqqında ilk təəssüratı taksi sürücüləri yaradır

"Taksi lazımdır?", "Taksi yest", "Vam nujno taksi?" kimi suallar Bakıya hava nəqliyyatı ilə gələnlərin qarşılaşdığı ilk mənzərədir. Paytaxtın hava limanında yarım saatlıq müşahidə aparan hər bir insan görər. Hava limanından çıxan sərnişinin işi isə lap çətindir. Bəzən çıxış hissəsində gözləyən taksiçilər sərnişinə "qır saqqız" kimi yapışaraq öz xidmətlərini təklif edirlər. Bəzən gələn qonağı qarşılayan adamı gördükdə belə əl çəkmirlər.

Bu cür hadisələr nə şəhər sakinlərində, nə də qonaqlarda xoş təəssürat oyadır.

Taksi sürücülərinin bu cür davranışlarının nəyə görə qarşısının alınmadığını AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlidən öyrənməyə çalışdıq. Qurum rəsmisi bildirdi ki, taksi sürücülərinin bu cür davranışlarının qarşısını almaq polisin vəzifələrinə daxildir. Hava limanındakı rejim bölməsində bütün proseslər nəzarətdədir. Oraya kənar şəxslər daxil olmur. Çıxışda isə hava limanında xidmət aparan polislər vəziyyəti nəzarətdə saxlamalıdırlar.

Teymur Hacıyev
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.