Cəmiyyət

Sel suları 7 körpünü qəzalı vəziyyətə saldı

27 Noyabr 2014 17:20
0 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İki gün əvvəl Lənəkrana yağan aramsız yağışın gətirdiyi sel suları ilə çayların, arxların və kollektorların məcrasından çıxması, evlərin, həyətlərin, yolların su altında qalmasına səbəb olmuşdu. Bunun nəticəsində vətəndaşlara xeyli ziyan dəyib. Artıq havanın yağmursuz keçməsindən istifadə edən aidiyyəti qurumlar bu fəsadların aradan qaldırılmasına başlayıb.

Milli.Az CTV-yə istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Möhübbət Babayev bildirib ki, leysan xarakterli intensiv yağışlar vətəndaşlara məxsus pay torpaqlarının, əkin sahələrinin və həyətyanı sahələrin su altında qalması ilə ümumilikdə 800-dən artıq sakinə ciddi ziyan vurb. 100-dən artıq zərərçəkmiş bununla bağlı rayon icra hakimiyyətinə müraciət edib. Ən böyük ziyan kənd sakinlərinə dəyib. Bundan başqa 4-ü piyadalara , 3-ü nəqliyyat vasitələrinə aid olan 7 körpü sel suları nəticəsində qəzalı vəziyyətə düşüb. Eyni zamanda dağlıq ərazilərdə, o cümlədən rayonun Bəliton və Moğnojoba kəndində torpaq sürşmələri olub.

Artıq ərazilərə cəlb olunan texnika vasitəsi ilə hərəkət bərpa edilib. Bundan başqa elektrik təsərrüfatı da ziyansız ötüşməyib. Belə ki, 1 transformator, 5-ə yaxın elektrik dirəyi və 100 metrdən artıq naqil sıradan çıxıb. Bu məqsədlə Biləsər kəndində 10-a yaxın elektrik dirəyi dəyişdirilib. Hazırda isə FHN-nin Lənkəran regional mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisidə və kəndlərdə həyətyani sahələrə yığılmış suların çəkilməsi işləri aparılır. Dəymiş ziyanla əlaqədar rayon icra hakimiyyəti tərəfindən Nazirlər Kobinetinə, Fövqəladə Hallar, İqtisadiyyat və Sənaye nazirlikləri məlumatlandırılıb. Artıq rayon ərazisində aidiyyəti qurumlar tərəfindən xüsusi komissiya yaradılıb. Hazırda vətəndaşlara dəyən ziyanın miqdarı müəyyənləşdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.