Cəmiyyət

Ağdaşda işaxtaranların nəzərinə

27 Noyabr 2014 16:20
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sosial müdafiəyə ehtiyac duyan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin olunması Ağdaş rayon Məşğulluq Mərkəzinin qarşısında duran vəzifələrdəndir.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, Rayon Məşğulluq Mərkəzi bu kateqoriyadan olan insanlar üçün kvota tətbiq edilməsi barədə işəgötürənləri məlumatlandırır. Bununla bağlı bu gün Ağdaş rayon Məşğulluq Mərkəzində növbəti tədbir keçirilib. Bildirilib ki, artıq 2015-ci il üçün Ağdaşda Suvarma Sistemləri İdarəsi, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, Kommunal Müəssisələr Kombinatı, Mədəniyyət və Turizim İdarəsi və Pirəzə Mexaniki Suvarma Sistemləri İdarəsində kvota yerləri təyin olunub.

Kateqoriyaya uyğun olaraq əlillər, 20 yaşınadək gənclər, pensiya yaşına 2 ildən az qalan şəxslər, qaçqın və məcburi köçkünlər kvota üzrə özlərinə müvafiq iş yeri tapa bilərlər. Bunun üçün onlar ya birbaşa kvota ayrılan idarəyə, ya da Məşğulluq Mərkəzinə müraciət etməlidirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.