Cəmiyyət

Paytaxtımız ağ günə çıxacaq

27 Noyabr 2014 15:12
0 Şərh     Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Varlılar da ictimai nəqliyyatdan istifadə edəcəklərmi?

Müasir dünyada meqopolis şəhərlər əhali sayının gur artması, əhatə dairəsinin genişlənməsi və yaşayış məntəqələrinin bir-birinə birləşməsi ilə müşayiət edilir. Bu sırada Azərbaycan paytaxtı Bakının da adını çəksək, yanılmarıq. Kənd və qəsəbələrin böyüməsi, vətəndaşların şəhər kənarında ikinci evə sahib olması, rayonlardan paytaxta axın vəziyyəti ağırlaşdırır. Hər gün ətraf kəndlərdən şəhərə gələn səkinlərin sayı kifayət qədər çoxalır. Nəticə isə göz qabağındadır. Belə olan halda nəqliyyat vasitələrinin sayı da artır və bu, ekoloji problem yaradır.

Mərkəzi küçələrdə səkidən dayanacaq kimi istifadə edən maşınların sayı günbəgün çoxalır. Piyadalar hər an təhlükə altında qalaraq yolun hərəkət hissəsi ilə getməyə məcbur olur. Bakı şəhər Yol Polis İdarəsinin şöbə müdiri polkovnik- leytenant Vaqif Əsədovun dediyinə görə, Bakı şəhər üzrə piyadaların vurulması ümümi hadisələrin 47%-ni təşkil edir. Onlardan 5-6%-i məhz piyadaların yollarının süni şəkildə bağlanması ilə əlaqədardır.

Avtomobil tıxaclarından can qurtarmaq üçün şəhər icra hakimiyyətinin cəhdləri nəticə vermir. İş yerinin, ticərət obyektlərinin, səhiyyə müəssisələrinin yanında şəxsi avtomaşın saxlamaq problemə çevrilib.

Avropa ölkələrində bu problemin həlli üçün ictimai nəqliyyatın komfortluğuna və iqtisadi cəhətdən daha səmərəli olduğuna ciddi fikir verilir. Hər gün şəhər daxilində maşından istifadə edilməsi heç də ucuz deyil və ödənişlı dayanacaqların sayı artır. Təbii ki, bu, bazar iqtisadiyyatının qanunudur.

Bu problemlərdən çıxış yolu kimi, bu gün çox ölkələrdə Nəqliyyat Dəyişmə Qovşaqları (NDQ) yaradılır. Onların vəzifəsi sərnişin axınını nəqliyyat növləri arasında və hərəkət istiqamətləri üzrə paylaşdırmaqdır. Adətən onlar şəhərin giriş hissəsində yerləşir, böyük dayanacaq yeri və rahat avtovağzalı var. Bu, insanlara maşınlarını dayanacaqda saxlayıb şəhər mərkəzinə hərəkət etməsi üçün ictimai nəqliyyat növlərindən metro, avtobus, tramvay, taksi və s. istifadə etməsinə imkan verir. Burada çölə çıxmadan bir nəqliyyat növündən başqasına keçmək mümkündür. NDYQ-da saxlama kameraları, kassalar, kafe, qəzet köşkləri və digər xidmətlər nəzərdə tutulur. Səhərlər maşını dayanacaqda saxlayaraq ictimai nəqliyyata keçərkən yolüsti qəzet alıb kofe içmək imkanı var. Axşam isə kiminləsə müasir şəraitdə görüşüb, bazarlıq da etmək olar.

NDQ-lərin inşa edilməsi sadə iş deyil. Bununla belə, müxtəlif ölkələrin təcrübəsi bunun mümkünlüyünü sübut edir. Yalnız Moskvada 2020-ci ilə qədər dayanacaqla təmin edilmiş metro yaxınlığında yerləşən 255 yol qovşağının tikilməsi hakimiyyət tərəfindən nəzərdə tutulub.

Təəssüf ki, bu məsələ barədə bizim aidiyyəti təşkilatlardan şərh almaq istəyimiz uğursuz oldu.

Anspress
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.