Cəmiyyət

Hamının uçduğu təyyarədə uçurlar, amma...

27 Noyabr 2014 11:48
0 Şərh     Baxış: 1 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biznes-klass sərnişinləri barədə bilinməyənlər

Təyyarələrdə biznes-klass bölməsində uçmaq prestij sayılır. Bunu yaşayanlar bilir, yaşamayanlar isə filmlərdə, kliplərdə görüblər. Heç birindən xəbəri olmayanlar isə daha çox türkiyəli komediya ustası Cem Yılmazın səhnəciklərini xatırlayırlar.

Xüsusən də "əgər təyyarədə qəza olsa, biznes-klassda uçanlar ölməyəcəklərmi" tipli qara yumoru...

Biz də elə budəfəki yazımızda biznes-klass uçuşlar barədə yazacağıq. Bir çox hava yolları şirkətinin biznes-klass uçuşları bir-birindən fərqlənir. Əgər sizin biznes-klass biletiniz varsa, xidmətlər təyyarə içində yox, aeroporta gəlmədən öncə də başlana bilər. Xüsusən də okean üstü uçuşlardakı biznes-klass biletləri sayəsində baqaj haqlarınız daha üstün olur. Aeroporta addım atdığınız andan etibarən növbə gözləmək məcburiyyətində qalmırsız. Özəl qapılardan təyyarəyə çatmaq şansı əldə edirsiniz.

Biznes-klassın özəl salonlarını da yaddan çıxarmayaq. Baqaj limiti ən azı 10 kilo olan hava limanlarında biznes-klass sərnişinləri xüsusi xidmətlərdən yararlanırlar. Bundan başqa, onların uçduğu salon daha geniş, oturduğu kreslolar daha rahat, enlidir. İnsanın özünü daha yaxşı hiss etməsi üçün salonlarda içki və yeməklərin dadına uçuşa qədər baxmaq şansını da unutmaq olmaz. Komfortlu kreslolarda internetdən faydalanmaq lüksü də bunların içərisindədir.

Biznes-klass sərinişinləri təyyarədə özlərinə yer tapandan sonra stüardessalar dərhal xidmətə başlayırlar. Uçuş özəl bir kabinədə baş tutduğu üçün bir stüardessa da yalnız sizə xidmət göstərmiş olur. Bu zaman sərnişinin heç bir istəyini xüsusi olaraq təkrarlamasına ehtiyac yoxdur. Uçuş müddətinə görə müəyyənləşən yemək saatlarında biznes-klass sərnişinləri çox özəl ləzzətlər arasında seçimini edə bilir. Biznes-klass sərnişinlərinin menyüdən istədiyi seçimi etmək imkanı var.

Biznes-klassla həyata keçirilən, uzun müddət davam edən uçuşlarda vaxtın necə keçdiyini anlamamağınız üçün çoxlu sayda əyləncə var. Filmlər, musiqilər, seriallar, sənədli filmlər, səsli kitab kanalı, xəbər kanalları, uşaq proqramları və daha bir çox seyr imkanı biznes-klass sərnişinləri üçün nəzərdə tutulub. Bundan başqa, biznes-klass uçuşlar zamanı qısa mesaj və elektron məktub da yollaya bilirsiniz, qarşı tərəfdən də cavab almaq imkanınız yaranır. Beləliklə, təcili bir işiniz varsa, bu, axsamır və ya yaxınlarınızla əlaqələriniz heç zaman ləngimir.

Daha bir üstünlük də baqajla bağlıdır. Məsələn, Azərbaycan Hava Yolları ilə uçan sərnişinlər üçün pulsuz baqaj daşıma haqqı:

biznes-klassda - 50 kq baqajda və iki 5 kq-lıq yer (cəmi 10 kq) salonda;
ekonom-klass üçün - 40 kq baqajda və bir 5 kq-lıq yer salonda;

Yeri olmayan körpələr üçün - boş yer olduğu təqdirdə salona keçirilməsi mümkün olan 10 kq baqaj.

Bəzi təyyarələrdə tək bir düyməyə toxunaraq tamamilə yatağa çevrilən biznes-klass kresloların kefini çıxarmaq olur. Kreslonuzu öz seçimlərinizə və komfortunuza uyğun şəkildə ayarlaya bilirsiniz. Tamamilə yatağa çevrilən biznes-klass kresloları bütün "Emirates A380" təyyarələrində və bir çox "Boeing 777" təyyarəsində mövcuddur.

Britaniyanın "Skytrax" tədqiqat şirkəti 2 milyon sərnişin arasında sorğu keçirib. Qətərin 5-ulduzlu milli hava yolları şirkəti olan "Qatar Airways" 1993-cü ildə yaradılsa da ilk uçuşunu 1 il sonra Küveyt Hava Yollarından icarəyə götürdüyü "Boeing 767-200ER" təyyarəsi ilə başlayıb.

Mərkəzi ofisi Doha şəhərində yerləşir. Bu il istifadəyə verilən yeni Hamad Beynəlxalq Aeroportunda sərnişinlər çoxsaylı lüks mağazalar, konfrans zalları, uşaq otaqları, oyun meydançaları, tədris zalları, sauna, cakuzi, eləcə də restoranlar şəbəkəsindən yararlana bilərlər.

Britaniyanın "Skytrax" tədqiqat şirkətinin 2 milyon sərnişin arasında 10 aya yaxın müddətdə apardığı sorğuya əsasən, "Qatar Airways" dünyanın bir nömrəli hava yolları seçilib. 2014-cü ilin ən yaxşı "Business Class" kabini də "Qatar Airways"ə məxsusdur.
Təyyarə salonları:

"Birinci klass"

"Birinci klass" sərnişinlərə çarpayıya çevrilən rahat kreslolarla yanaşı, uçuş zamanı 15 düymlük videodispleyli sistem, televiziya, şəxsi telefon, elektrik şəbəkəsi, eləcə də yataq ləvazimatları və digər aksessuarlar təqdim edilir.

"Biznes-klass"

"Biznes-klass" sərnişinlərinə 160 dərəcə açılaraq çarpayıya çevrilən rahat oturacaqlar və bir sıra uçuş xidmətləri paketi təklif olunur. Gələcəkdə aviaşirkət uzunmüddətli uçuşlar zamanı "Boeing 777-200LR" təyyarələrində kreslo-çarpayı yeniliyini tətbiq edəcək.

Hazırda şirkət Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya da daxil olmaqla, dünyanın 144 şəhərinə uçuşlar həyata keçirir. Yaxın 4 ildə isə istiqamətlərin sayı 170-ə çatdırılacaq.

2013-cü ilin iyul ayından Qətər Hava Yolları İspaniyanın "Barselona" futbol klubunun sponsorudur. Bundan başqa, şirkət Anorthosis Famagusta klubu ilə də əməkdaşlıq edir.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.