Cəmiyyət

Bakı bulvarında hisslərimizə daş döşənir - FOTO

27 Noyabr 2014 08:30
6 Şərh     Baxış: 3 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Dünyanı gözəllik xilas edəcək" deyirlər. Sonra da söyləyirlər ki, "qadın zərif cinsdir". Amma Bakının dənizkənarı bulvarının gözəlliyi üçün qadınların çalışması kimisə xilas edirsə, bu, əsla yaxşı iş deyil.

Milli.Az bildirir ki, bulvarda çalışan bu xanımlar çörəklərini daşdan, sement qarışığından çıxarırlar. Onların süpürgəçi, inşaat fəhləsi və ya bulvarın daş lövhələrinin dağılan nizamını bərpa edənlər olduqlarını dəqiqləşdirə bilmədik. Amma onu bildik ki, iki qadın bu soyuqda bulvarda daş döşəyirsə, deməli, çörək daşdan yox, daşqəlbli məmurların insafından çıxır.

Bulvardakı daşlar bu xanımların kobudlaşan, qabarlaşan əllərinin zəhməti ilə nizamını qoruyursa, deməli, cəmiyyətimizdəki nizam pozulub.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.