Cəmiyyət

Azərbaycanda evdə təhsil alanlara müjdə

26 Noyabr 2014 16:13
0 Şərh     Baxış: 2 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda evdə təhsilə cəlb olunan uşaqların valideynlərinə və yaxud qanuni nümayəndələrinə dövlət tərəfindən vəsait ayrılacaq

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında" qanuna əlavə müzakirəyə çıxarılıb.

Komitə sədri Hadı Rəcəblinin sədrliyi ilə keçən iclasda bildirilib ki, qanuna əlavə edilən 26.3-1.-ci maddədə deyilir ki, "Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb gətirmək üçün bu qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş həcmdə vəsait ayrılır".

Qanundakı 26.3.-cü maddə isə bundan ibarətdir: "Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi həcmdə vəsait ayrılır".

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.