Cəmiyyət

Azərbaycanlı vəhhabilər Facebook-da birləşirlər

25 Noyabr 2014 21:23
3 Şərh     Baxış: 1 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda vəhhabilərin virtual aktivliyinə daha biri əlavə olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Facebook sosial şəbəkəsində "Əxilər" adlı səhifə yaradılıb. Bu səhifədə sələfi, xəvaric, təkfirçi qrupların üzvləri aktivlik nümayiş etdirirlər. Eyni zamanda, Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanovun video çıxışları yayımlanır. Bu qrupun hazırda 1195 üzvü var. "Əxi" ifadəsi vəhhabilərdə "qardaş" xitabıdır.

Onlar bir-birinə "əxi" deyə müraciət edirlər. Artıq sosial şəbəkələrdə fəallaşan vəhhabilər görünür, yeni kurs götürüblər. Buna qədər cəmiyyətdən qaçan, təmas qurmağa meylli olmayan, özünü təcrid edən bu təriqət üzvləri inteqrasiya xəttini seçiblər. Sosial şəbəkələrdə onların fəallığından isə aydın etmək olur ki, sayca düşündüyümüzdən daha çoxdurlar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.