Cəmiyyət

"Bəzi obyektlərə daxil olan zaman müştərilərə menyular təqdim olunmur"

25 Noyabr 2014 16:59
1 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Sürətlə inkişaf edən özəl sektor bu gün iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Bunun təzahürlərini gündəlik həyatımızda da hiss edirik".

Trend-in məlumatına görə, "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva mətbuata açıqlamasında deyib ki, Azərbaycanın hər yerində, eləcə də paytaxt Bakıda ən müasir binalara, müxtəlif xidmət obyektlərinə rast gəlmək mümkündür.

Onun sözlərinə görə, xidmət obyektlərinin sırasında isə müasir tipli restoranlar, istirahət və əyləncə mərkəzləri, kafe və çayxanalar üstünlük təşkil edir. Bütün bunların fəaliyyəti əhalinin istirahətinin təmin olunmasında əhəmiyyətli rol oynayır: "Ancaq obyektlər çox olduğu kimi, xidmətin səviyyəsi də fərqlidir. Belə ki, bəzi obyektlərə daxil olan zaman müştərilərə menyular təqdim olunmur. Soruşduqda isə nədənsə menyunun "yaddan çıxması" səbəbi ortaya gəlir. Sonda isə özlərinə "lazım olan" qiymətlərlə xidmətin dəyərini hesablayırlar. Bəzi ictimai-iaşə xidməti obyektlərində isə çay sifariş etdikdə yanında çayın müxtəlif şirniyyat və mürəbbələrlə verilməsi "ənənəsi" yaranıb. Etiraz etdikdə isə, "bizdə belə verilir" deyə cavablandırırlar.

Fikrimcə, bu cür "xidmət"ə qarşı biz də istehlakçı olaraq sözümüzü deməli, haqqımızı tələb etməliyik. Çünki bizim -istehlakçıların hüquqları qanunla da qorunur. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 14-cü maddəsində deyildiyi kimi, "Azərbaycan Respublikasında istehlakçıların öz ehtiyac və imkanlarından asılı olaraq malları (iş və xidmətləri) sərbəst seçmək hüququ vardır. İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qanunla qadağan edilir

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.