Cəmiyyət

Azərbaycana qar yağdı - YENİLƏNİB - VİDEO

25 Noyabr 2014 17:58
7 Şərh     Baxış: 9 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxa qar yağıb. Əsasən, İlisu və Sarıbaş kəndləri ağ örpəyə bürünüb. Hər yeri öz ağuşuna alan qar gözəl mənzərə yaradıb


15:50


Həmişə olduğu kimi, bu il də qış İlisuya vaxtından əvvəl gəlib. Ona görə də qəfil yağan qar sakinlər üçün problem yaratmayıb.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, onlar belə vəziyyətə əvvəlcədən hazır idilər. İlısuda ilin bu fəslindən ta martın sonlarına qədər qış fəsli hökmranlıq edir. Kəndə təbii qaz çəkilmədiyindən sakinlər elə payız aylarından odun tədarükünə başlayırlar.

Bundan əlavə qarlı vaxtlarda yollar keçilməz olduğundan ərzaq tədarükü də əvvəlcədən görülür. Bir sözlə, qapısını döyüb, dadlı yeməklərinə qonaq olduğumuz hər bir evdə unundan, ətindən tutmuş bütün hazırlıqların yetərincə olduğunun şahidi olduq. Burada sərt qış sakinləri əsla qorxutmur. Əksinə, ilisulular qarın yaratdığı gözəl mənzərədən həzz almaqdan, əylənməkdən qalmırlar.

---------
15:01

Ötən gün axşam saatlarından başlayaraq bölgəmizdə qeyri-sabit hava şəraiti müşahidə edilir. Bölgənin əksər ərazilərinə yağış və qar yağıb. 

Milli.Az Kanal S-ə istinadən bildirir ki, gecə saatlarından yağmağa başlayan yağışı tədricən sulu qar, bəzi ərazilərdə isə qar əvəz edib. Qar yağışı Şəki şəhərinin yuxarı hissələrində müşahidə edilib. Həmin ərazilərə 5-7 sm qar yağıb. Bölgənin ucqar dağ kəndlərində isə qarın qalınlığı daha çox olub. Baş Göynük, Baş Layski, Şin və Kiş kəndlərinə qarın qalınlığı 8-10 sm təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Şəki Regional Müəssəsindən verilən məlumata görə, Şəki və ətraf rayonlarda sabahdan etibarən temperatur 8-10 dərəcə aşağı düşəcək. Hələlik yağıntılar avtomobillərin və piyadaların hərəkətində hər hansı  problemlər yaratmayıb.

Milli.Az

-----------
17:58

Videoları izləmək üçün şəkillərə klikləyin.



----------
16:07

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.