Cəmiyyət

Ali məktəblərə qəbul qaydalarında YENİLİK

25 Noyabr 2014 13:50
1 Şərh     Baxış: 2 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gələn ildən ali məktəblərin III və IV ixtisas qruplarında (IV qrupda idman ixtisasları) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə tələbə qəbulu buraxılış və qabiliyyət imtahanlarının nəticələri əsasında aparılacaq. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn ildən ali məktəblərə qəbul qaydalarının liberallaşdırılması nəzərdə tutulur. Bu yenilik qəbul imtahanlarında iştirak edən abituriyentlərin daha ciddi hazırlaşmalarına imkan yaradacaq. Beləliklə, ali məktəblərın xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq arzusunda olan gənclər 3 fəndən - ana dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Onlara imtahan zamanı qeyd olunan 3 fənnin hər birindən 30 sual təqdim olunacaq.

M.Abbaszadə qeyd edib ki, əvvəlki illərin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədikdə, onda bunu sənəd qəbulu zamanı öz ərizələrində qeyd etməlidirlər. Daha sonra isə onlar TQDK-nın eksternat imtahanlarında iştirak edəcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.