Cəmiyyət

11-ci sinif şagirdlərinə BƏD XƏBƏR

25 Noyabr 2014 12:46
2 Şərh     Baxış: 3 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gələn il orta məktəblərin 11-ci siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanlarının sayı artırılıb. Həmin fənnin adı da artıq müəyyənləşdirilib.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn il orta məktəblərdə 11-ci sinif şagirdləri 3 fəndən buraxılış imtahanı verəcəklər. Buraxılış imtahanları üçün əlavə edilmiş yeni fənn xarici dil olacaq: "Təhsillərini davam etdirən uşaqlar üçün bu, elə də böyük problem olmayacaq. Çünki ali məktəblərə qəbul imtahanlarında 3 qrup üzrə xarici dil imtahan fənni kimi daxil edilib".

M.Abbaszadə qeyd edib ki, 9-cu siniflər üçün buraxılış imtahanları fənlərinin sayına əlavə edilməyib. Bu sinif üzrə təhsil alanlar ötən il olduğu kimi, yenə də iki fəndən - ana dili və riyaziyyatdan imtahan verəcəklər.

TQDK sədri onu da qeyd edib ki, bu tədris ilindən 11-ci sinif üzrə buraxılış imtahanının nəticələri əsasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.