Cəmiyyət

Nuşirəvan Məhərrəmli: "Elm xadimləri fikirlərini Azərbaycan dilində deyə bilmirlər"

25 Noyabr 2014 12:02
Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan televiziya məkanında ədəbi dilin normalarının pozulmasında bəzən Azərbaycan ziyalılarının və elm adamlarının da rolu var

Trend-in məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri barədə keçirilən mətbuat konfransında deyib.

N.Məhərrəmli qeyd edib ki, bəzən televiziya kanallarında efirə dəvət olunan elm xadimləri, sənət adamları öz fikirlərini Azərbaycan dilində deyə bilmirlər: "Bu, bizi çox narahat edir. Lakin əvvəlki monitorinqlərin nəticələri ilə müqayisədə ədəbi dil normalarının pozulması halları azalıb".

MTRŞ sədri bəzən televiziya kanallarında müxtəlif ləhcələrlə danışılması məsələsinə də toxunub. O, qeyd edib ki, bəzən aparıcılar müxtəlif regiona xas olan dialektlə danışırlar: "Ancaq Azərbaycanın vahid dil forması mövcuddur, bunu orta məktəblərdə öyrədirlər. Biz bu problemin aradan qaldırılması istiqamətində daim monitorinqlər aparırıq və artıq müsbət nəticələr əldə olunur".

N.Məhərrəmli həmçinin bildirib ki, televiziya kanallarında şou xarakterli verilişlərin azalması, intellektual xarakterli verilişlərin isə artması tendensiyası müşahidə olunur: "Biz daim bu məsələni nəzarətdə saxlayırıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.