Cəmiyyət

Gələn il neçə gün bayram edəcəyik?

24 Noyabr 2014 13:33
2 Şərh     Baxış: 10 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Noyabrın 21-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" Qərar qəbul edib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a məlumat verilib.

Qərarda deyilir: "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

2015-ci ildə 20, 21, 22, 23, 24 mart - Novruz bayramı,

17, 18 iyul - Ramazan bayramı,

24, 25 sentyabr - Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.