Cəmiyyət

Yol polisindən XƏBƏRDARLIQ

24 Noyabr 2014 10:06
1 Şərh     Baxış: 2 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücülər sürət həddini seçəndə, ara məsafəsi saxlayanda, eləcə də manevr edərkən diqqətli olmalıdırlar

Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyev lent.az-a bildirib ki, sürücülər yağmurlu hava şəraitində nəqliyyat vasitəsini quru havada olduğu kimi idarə etməməlidirlər:

"Sürücülər mütləq meteoroloji şəraiti nəzərə almalıdırlar. Yağmurlu hava şəraitində nəqliyyat vasitəsini digər günlərdəki kimi idarə etmək olmaz. Sürücülər mütləq sürət həddini seçərkən, ara məsafəsi saxlayarkən, manevr edərkən diqqətli olmalıdırlar və yağmurlu hava şəraitini nəzərə almalıdırlar. Çünkü yağmurlu hava şəraitində yol şərtləri dəyişir və bunu nəzərə almamaq ağır nəticələrə səbəb ola bilər".

K.Əliyev əlavə edib ki, Azərbaycanda avtomobillərin qış təchizatı ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur: "Lakin bununla belə sürücülərə məsləhət görülür ki, şinlərin protektorlarına fikir versinlər. Protektorların naxışlarının qalınlığı azaldıqca şinlərin etibarlılığı da azalır və bu göstərici ən azı 1 mm olmalıdır. Bundan başqa, şinlər naxışlar üzrə oxda yerləşdirilməlidir ki, bu da vacib nüanslardandır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.