Cəmiyyət

Bulvarda qiymət fırıldağı - TƏFƏRRÜAT - FOTO

22 Noyabr 2014 15:03
1 Şərh     Baxış: 2 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni ilin gəlişi ilə əlaqədar olaraq Dənizkənarı Milli Parkda qiymətlər indidən od tutub yanır...

Milli.Az bildirir ki, bu barədə musavat.com-a şəhər sakinləri xəbər veriblər.

Sakinlər deyirlər ki, Dənizkənarı Milli Parkda köşklərə yaxınlaşmaq mümkün deyil. Çünki qiymətlər "əl yandırır": "Ailəmizlə, yaxınlarımızla bulvara çıxırıq ki, bir az təmiz hava alaq, xoş vaxt keçirək və dincələk. Bəzən olur ki, hər hansı bir içki, şirniyyat və ya siqaret almaq üçün köşklərə yaxınlaşırıq. Kənarda 1 manata olan bir şeyi burada 1 manat 70 qəpiyə, 2 manata, bəzən də daha baha satırlar. Məcbur olub alırıq. Amma bu qədər baha olması düzgün deyil. Bu sözün əsl mənasında sui-istifadədir".

İnsanlar haqlıdırlar. Dənizkənarı Milli Parkda müştəri qismində yaxınlaşdığımız köşkdən gerçək qiymətini yaxşı bildiyimiz siqaret növünü almaq istədik. Satıcı normalda şəhərin bütün dükan və marketlərində 1 manat 50 qəpiyə olan siqareti bizə 2 manata təklif etdi. Bu qədər baha olmasının səbəblərini soruşduqda isə, Bulvar İdarəsini günahlandırdı.

- Bu siqaret hər yerdə 1.50 AZN-dir. Siz niyə 2 manata satırsınız?

- Şirkət bizə baha satır.

- Hansı şirkət? Axı bunun şirkətdə satış qiyməti 1.40 AZN-dir.

- Daha dəqiq desək, Bulvar İdarəsi bizə bu siqareti 1.80 AZN-ə verir. Biz də 2 manata satırıq. Cəmisi 20 qəpik qazanırıq.

- Qiymətləri idarə təmzimləyir?

- Bəli.

Digər köşklərdə də vəziyyət eyni idi. Hər şey normaldan çox baha satılırdı. İstəyirsən, al, istəmirsən, alma...

"Dənizkənarı Milli Parkı insanlar istirahət üçün gəlirlər, soyulmaq üçün yox. Marketlərin parka uzaq olmasından istifadə edirlər. Heç imkan verməzlər ki, yaxınlıqda market olsun. Bu onlara sərf etməz. Üstəlik, dələduzdurlar. Görəndə ki, yanında bir xanım var, o dəqiqə normalda 2 manata satdıqları bir şeyi 3-4 manata satırlar. Sən də qızın yanında pərt olmamaq üçün məcbur olub alırsan. Belə şey olar?" - Bu sözləri Bakı sakini Vurğun Xəlilov deyir.

Eyni fikirləri söhbətləşdiyimiz digər şəhər sakinləri də səsləndirdilər. Görünən budur ki, Dənizkənarı Milli Parkda sözün əsl mənasında istirahət üçün gələnlərin hər birinə pul gözü ilə baxılır. Satıcılar vəziyyətə uyğun qiymət "oxuyurlar". Misal üçün, köşkə yaxınlaşan ailədirsə və o ailədə balaca uşaq varsa, bu, satıcı üçün günün qazancı deməkdir. Ata öz övladının istədiyini mütləq alacaq, bu da satıcıya sərf edir. Çünki satılan malların böyük hissəsinin üzərində qiymətlər yoxdur. Bu da satıcıya istədiyi qiyməti demək üçün mükəmməl şərait yaradır.

Görünən budur ki, Bulvar rəhbərliyi qiymətləri qaldıraraq, yenilənən daş piltələrinin pullarını həmin piltələrin üzərində gəzən insanlardan alır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.