Cəmiyyət

Prezident təqaüdçüləri bu il hansı ali məktəbləri seçdilər - SİYAHI

21 Noyabr 2014 17:49
0 Şərh     Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ildə Prezident təqaüdünə layiq görülmüş tələbələr haqqında statistik məlumat açıqlanıb

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Prezident təqaüdçüləri haqqında həmin məlumatlar "Abituriyent" jurnalının 11-ci sayında dərc olunub.

Prezidentin 9 sentyabr 2014‐cü il tarixli sərəncamına əsasən, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbəyə Prezident təqaüdü təyin edilib.

I ixtisas qrupunda Prezident təqaüdünə 682 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüb. Onlardan 8 nəfəri qız, 17 nəfəri isə oğlandır.

II ixtisas qrupunda Prezident təqaüdünə 677 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 4 nəfəri qız, 21 nəfəri isə oğlandır.

III ixtisas qrupunda Prezident təqaüdünə 675 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 17 nəfəri qız, 8 nəfəri isə oğlandır.

IV ixtisas qrupunda Prezident təqaüdünə 679 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 13 nəfəri qız, 12 nəfəri isə oğlandır.

Naxçıvan Muxtar Respubikasından isə II ixtisas qrupu üzrə qəbul imtahanında 674 bal toplamış 1 nəfər oğlan və IV ixtisas qrupunda 677 bal toplamış 1 nəfər oğlan Prezident təqaüdünə layiq görülüb.

Ümumilikdə Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 42 nəfəri qız, 60 nəfəri isə oğlandır.

Builki Prezident təqaüdçüləri ixtisas seçimi zamanı aşağıdakı ali məktəblərə üstünlük veriblər:

25 nəfər Azərbaycan Tibb Universiteti;
22 nəfər Prezident yanında Dövlət İdarəçilik Akademiyası;
21 nəfər Azərbaycan Diplomatik Akademiyası;
17 nəfər Bakı Ali Neft Məktəbi;
10 nəfər "Qafqaz" Universiteti;
3 nəfər Bakı Dövlət Universiteti;
1 nəfər Azərbaycan Dillər Universiteti;
1 nəfər Azərbaycan Dövlət İqtisad Universiteti;
1 nəfər Naxçıvan Dövlət Universiteti;
1 nəfər Azərbaycan Dövlət Neft Akademiyası.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.