Cəmiyyət

Şəhid əsgərimiz dəfn olunub

21 Noyabr 2014 14:38
6 Şərh     Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Erməni silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, 1995-ci il təvəllüdlü  Rüstəm İzzət  oğlu Əzizov bu gün doğulduğu Astara rayonunun Tükəş kəndində torpağa tapşırılıb.

APA-nın məlumatına görə, dəfn mərasimində R.Əzizovun qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Astara Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Mərasimində çıxış edənlər şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər.
 
Şəhid R. Əzizov əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.
 
Qeyd edək ki, noyabrın 20-də saat 12.45 radələrində ermənilərin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsində "N" saylı hərbi hissədə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Rüstəm Əzizov döyüş postunda ikən düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub. R.Əzizov həqiqi hərbi xidmətə Astara rayonundan çağırılıb. O, 2015-ci ilin yanvar ayında tərxis olunmalı idi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.