Cəmiyyət

Azərbaycanlı alimlər: "Narahat olmayın, azalır"

21 Noyabr 2014 14:19
0 Şərh     Baxış: 2 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Hazırda Günəş aktivliyi sönməyə doğru gedir. Günəş aktivliyinin maksimum dövrünü keçdik. Ötən ilə nisbətən Günəşdə alışmaların, şüalanmanın gücü və sayı azdır".
 
Bunu APA-ya açıqlamasında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov deyib.
 
Onun sözlərinə görə, Günəşin aktivliyi aşağıdır, keçən illə müqayisədə bu il çox da güclü alışmalar qeydə alınmayıb. Bütövlükdə aktivliyin səviyyəsinin aşağı düşdüyünü deyən N.Cəlilov qeyd edib ki, bu, ümumi problemdir, amma nə ilə əlaqədar olduğu bilinir:

"Günəşin maqnit aktivliyi getdikcə azalır. Bu il bəzi vaxtlarda həddən güclü alışmalar, tullantılar, maqnit qasırğaları olub, amma onlar təhlükəli dərəcədə olmayıb".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.