Cəmiyyət

Şaxta olacaq, qar yağacaq

21 Noyabr 2014 12:46
35 Şərh     Baxış: 15 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək, bəzi ərazilərə sulu qar və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Şimal küləyi gecəyə doğru arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 9-14, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.