Cəmiyyət

"Biz köçmürük": Əlvida, "Sovetski" - FOTOREPORTAJ

24 Noyabr 2014 08:30
24 Şərh     Baxış: 10 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu yerlərə görə çox dartışmalar, çox mübahisələr getdi, ancaq sonda qərar bir oldu: "Sökülsün"
Bakının "Sovetski" kimi adlanan ərazisi son günlərini yaşayır. Uzun müddətdir söküntüsünə başlanan ərazidə bir çox yerlər uçurulub, sakinlər köçürülüb.

Qanun yolu ilə evlərini tərk edən də oldu, tabe olmayıb sonacan dişə-diş dartışıb uduzanlar da. Həmin yerlərdən fotolar çəkərkən sanki hər bir döngədən, hər bir küncdən burada yaşayanların bir xatirəsinin hənirtisi duyuldu.

Milli.Az sizə "Sovetski"dən olan son görüntüləri təqdim edir.

Kiminsə xoşbəxtliyi başqasının bədbəxtliyindən doğur...




Bu yol da məhəllənin taleyi kimi dalana dirəndi




Şəhərimizin tarixi beton işğalının qarşısında can verir




Qəmli xatirələr xarabalığa aparır




Sona çatmamış ölən ümidlər...




Bir vaxtlar "sovetski"lilərin öz avtomobillərini bu köşkdəki qarovulçu qoruyardı, özünü isə qoruya bilmədi




Viranə də qalsa, uçurulsa da, öz evi, soyuyan yuvasıdır




Yuxarı aparan pilləkənlə aşağıya




Yol nişanına diqqətlə baxın. "Giriş qadağandır", ancaq çıxmaq olar. Sanki illər əvvəldən bu günə bir ismarış...




Divarlarda sevinc, qəm, unudulmayan həyatın uçulan, yarımçıq izləri




Balasının "görəsən, bizim də evi dağıdacaqlar?" sualı qarşısında aciz ana




Bir zamanlar zəfər, indi isə məğlubiyyət tağları




Bu səhnə nədənsə Varşava gettosunu xatırlatdı...



Ceyhun Ələkbərov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.