Cəmiyyət

Sinoptiklər bu günə nə vəd edirlər?

21 Noyabr 2014 00:05
8 Şərh     Baxış: 4 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, temperaturun gecə 7-10°, gündüz 11-14° isti, Bakıda gecə 8-10°, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında
gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 1-6° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 11-16° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 5-9°, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 1-6°, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 7-10°, gündüz 11-16° isti, dağlarda gecə 1-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Noyabrın 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü ayın 23-24-də küləyin güclənməsi və temperaturun kəskin aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.