Cəmiyyət

Tanınmış xanım teleaparıcı həkimi ifşa etdi - FOTO

20 Noyabr 2014 17:16
3 Şərh     Baxış: 13 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış aktrisa, Yuğ teatrının əməkdaşı Zümrüd Qasımova tanınmış həkim barədə şok faktlarar açıqlayıb. O, Facebook profilində efirlərdə məşhurlaşan həkim Günel Rüstəmovanın şəklini paylaşaraq onun barəsində cinayət işi açılacağını yazıb: "Şəkildə gördüyünüz xanım özünü həkim adlandıraraq, fırıldaq işlərlə məşğul olur. Hazırda bu xanım haqda cinayət işi başlayır, kimin şikayəti varsa, buyurub mənə xəbər etsin".

Milli.Az-ın əldə etdiyi məlumata görə, G.Rüstəmova telekanallarda tez-tez efirə həkim kimi çıxaraq DNT testləri barədə məlumat verir. Elə həmin verilişlərdə tanış olduğu xanımlardan müxtəlif məbləğdə pullar alıb. Z.Qasımovadan isə 4 min manat alaraq vermədiyi deyilir.

Milli.Az Z.Qasımova ilə əlaqə saxlayaraq onun başına gələnlərlə ağlı məlumat əldə etmək istəsə də, aktrisa belə bir məlumatın işıqlandırılmasını istəmədiyini deyib: "Mən istəmirəm saytlarda bu yazı getsin. Öz profilimdə dostlarım üçün paylaşmışam".

Məsələ ilə bağlı G.Rüstəmovanın mövqeyini öyrənmək mümkün olmadı.

Gülər
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.