Cəmiyyət

Tələbələrə əla xəbər!

20 Noyabr 2014 13:54
0 Şərh     Baxış: 1 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir"

"Tələbələrə kreditlərin verilməsi ləğv olunmalıdır". Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

A.Məhərrəmov bildirib ki, ölkədə 1800 elmi işçi var ki, onların 1200-ü ali məktəblərdə çalışır: "Belə halda elmin inkişafı vəsait tələb edir".

Millət vəkili bir neçə təkliflə çıxış edərək deyib ki, elmi dərəcələrə görə əməkhaqları artırılmalıdır: "Elm haqqında" qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv edilməli, magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir".

Rektor qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var: "Bunlar sahibkarları cəlb edirlər ki, universitetlərə kömək etsinlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.