Cəmiyyət

Qar yağacaq!

20 Noyabr 2014 12:46
46 Şərh     Baxış: 19 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 21-i axşam respublikanın şimal-şərq rayonlarından başlayaraq, noyabrın 26-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq.

Ölkə ərazisində noyabr ayının III ongünlüyünün 1-ci yarısında qeyri-sabit, dəyişkən hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Noyabrın 26-dək ölkədə fasiələrlə yağıntılı hava müşahidə edilcək. Lakin noyabrın 23-dən 25-dək hava şəraitinin bir qədər kəskinləşəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.

Yağıntılar respublikanın dağlıq və dağətəyi rayonlarına sulu qar və qar şəklində düşəcək.

Noyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturu 11-14 dərəcə, 23-25-də isə 4-7 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında noyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Bəzi şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.