Cəmiyyət

Tələbələrimizin təqaüdləri niyə gecikdirilir?

19 Noyabr 2014 11:33
2 Şərh     Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təhsil Nazirliyi Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrimizin Azərbaycan hökuməti tərəfindən onlara ödənilən təqaüdlərinin gecikdirilməsi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyinin 9 sentyabr 2003-cü il tarixli, 781 nömrəli əmrinə əsasən, hökumətlərarası müqavilələr çərçivəsində təhsil alan tələbələr hər tədris ilinin sonunda Təhsil Nazirliyində təhsil göstəricilərinə dair ali məktəb tərəfindən verilən rəsmi sənədləri təqdim edərək qeydiyyatdan keçirlər. Qeydiyyat iyun-oktyabr ayları arasında aparılır. Aparılan qeydiyyat nəticəsində tədris ilini müvəffəqiyyətlə başa vuran tələbələr yay tətili və növbəti tədris ili üçün təqaüd almaq hüququ əldə edirlər.

Nazirlikdən bildirilib ki, hökumətlərarası müqavilələr çərçivəsində təhsil alan tələbələrə bu il mayın 5-də aprel, may və iyun ayları (ikinci rüb üçün) nəzərdə tutulan təqaüdlər ödənilib. Növbəti iki rübün (iyul, avqust, sentyabr - oktyabr, noyabr, dekabr) təqaüdlərinin isə qeydiyyat sona çatdıqdan sonra tələbələrin hesabına köçürülməsi üçün müvafiq tədbir görülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.