Cəmiyyət

Bu günün hava proqnozu

19 Noyabr 2014 00:05
2 Şərh     Baxış: 2 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi 7-12 m/s olacaq.

Temperaturun gecə 7-10° isti, gündüz 11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperaturun gecə 1-6° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 11-16° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperaturun gecə 5-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir az yağış yağacağı gözlənilir.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperaturun gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperaturun gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı,Lerik, Lənkəran, Astara rayonlarında arabir az yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperaturun gecə 6-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.