Cəmiyyət

Bu günün hava proqnozu

18 Noyabr 2014 00:05
1 Şərh     Baxış: 2 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Şimal küləyi 7-12 m/s olacaq.

Temperaturun gecə 7-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperaturun gecə 1-6° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə hava şəraitinin yağıntılı və dumanlı olacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 1-6° isti, gündüz 9-14° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 3-8° isti, gündüz 11-16° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperatur gecə 8-10° isti, gündüz 11-14° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, atmosfer təzyiqinin və temperaturun norma daxilində tərəddüdü müsbət amildir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.