Cəmiyyət

Bakıda soyuq küləklər əsəcək

17 Noyabr 2014 12:53
18 Şərh     Baxış: 10 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qeyri-sabit hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

A.Verdiyev deyib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.