Cəmiyyət

Bakıya yağış yağacaq

13 Noyabr 2014 12:58
5 Şərh     Baxış: 8 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "yaz havası" davam edəcək

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Havanın gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin müşahidə ediləcək, cənub rayonlarında az yağış yağması ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyə kimi şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.