Cəmiyyət

Bir həftəlik sevinc

12 Noyabr 2014 12:53
22 Şərh     Baxış: 7 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "yaz havası" həftə ərzində davam edəcək

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin müşahidə ediləcək, Lənkəran-Astara rayonlarında az yağış yağması ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.