Cəmiyyət

TQDK-dan Facebook XƏBƏRDARLIĞI

11 Noyabr 2014 13:34
0 Şərh     Baxış: 1 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TQDK: Facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ictimaiyyətə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aparılan araşdırmalar göstərir ki, Facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir. Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir.

Nəzərə çatdırılıb ki, TQDK-nın bu səhifədən (https://www.facebook.com/eTQDK?fref=ts) başqa heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir: "Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebbok səhifələrindən istifadə etməyəsiniz".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.