Cəmiyyət

Son günlər müşahidə edilən hava şəraiti ilə bağlı AÇIQLAMA

11 Noyabr 2014 13:12
32 Şərh     Baxış: 7 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son günlər müşahidə edilən və yaxın günlərdə də müşahidə ediləcək temperatur iqlim normasına uyğundur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Həmin müddətdə Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 14-18 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, Lənkəran-Astara rayonlarında az yağış yağma ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.