Cəmiyyət

Həftənin ilk gününə sinoptiklər nə vəd edir?

9 Noyabr 2014 15:14
14 Şərh     Baxış: 5 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-in bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın noyabrın 10-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 14 m/s.
 

Havanın temperaturunun gecə 7-11° isti, gündüz 14-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə və axşam 85-95%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycan rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 3-8 m/s.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.