Hadisə, Kriminal

Azərbaycanda bank terroru: bir ailəni məhv etdilər - FOTO

6 Noyabr 2014 16:23
9 Şərh     Baxış: 3 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda bank işçilələrinin bu əməlini quldurluq adlandırmaq olar. Sosial şəbəkələrdə yayılan məlumata görə, "Qafqaz İnkişaf Bankının" əməkdaşları borclu olan vətəndaşın evinə zorla soxularaq onları çölə atıblar.

Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, hadisə Sumqayıt şəhərində baş verib. Bankdan 8000 manat borc pul götürən ailə başlına gələn dəhşətli hadisənin şokundadırlar. Onlar borcu vaxtında ödəyə bilməyiblər. Bu səbəbdən bank işçiləri zorla onların evlərinə soxulublar. Ailə üzvlərinin hamısını qovaraq qapını bağlayıblar. Ev sahibləri başqa yerdən borca-xərcə girib banka olan borclarını qaytarmaq istəyəndə isə gec olub. Bankdan onlara bildiriblər ki, artıq ev 15 000 manata satılıb.

Ailə üzvləri müxtəlif strukturlara yardım üçün müraciət etsələr də, onlara yardım edən tapılmayıb. İndi bank işçilərinin özbaşınalığı ucbatından bir azərbaycanlı ailəsinin çöllərdə qalmaqdan başqa çarəsi yoxdur.

Maraqlıdır, görəsən, banka olan borcun geri qaytarılması üçün daha sivil bir üsul yox idimi? XXI əsrdə Azərbaycanda belə hadisələrin baş verməsi utancvericidir.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.