Cəmiyyət

BDU-ya gedən yol açılır - RƏSMİ

1 Noyabr 2014 13:18
0 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki ildən çoxdur ki, Bakı Dövlət Universitetinin əsas girişi metronun "Elmlər Akademiyası"nın ikinci çıxışının tikintisinə görə bağlanıb

Hər il metronun 2-ci çıxışının açılacağı ilə bağlı xəbərlər yayılsa da bu, öz təsdiqini tapmır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev aznews.az-a açıqlamasında Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının 2015-ci ilin ilk yarısında istismara veriləcəyini bildirib.

Onun sözlərinə görə, ərazi məcburiyyətdən bağlanıb. Aparılan işin bütün yolu əhatə etdiyini deyən Nəsimi Paşayev təhlükəsizlik baxımından yolun bağlandığını qeyd edib.

"Proqrama əsasən, bir çıxışlı stansiyaların ikinci çıxışı tikilməlidir. Odur ki, bununla bağlı "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı tikilir. Bu çıxış da təbii ki, BDU-nun qarşısında olacaq. Hazırda orada işlər qrafikə uyğun aparılır. Tunel işləri artıq bitib. İndi çıxış hissədə işlər davam etdirilir. Orada yolun hər iki tərəfinə çıxış nəzərdə tutulub. Layihə çərçivəsində stansiyanın dörd əlavə çıxışı tikiləcək ki, onlardan ikisi Bakı Dövlət Universitetinə, digər ikisi isə avtomobil yoluna çıxacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.