Cəmiyyət

Bakının 24 şadlıq sarayına qadağa qoyuldu - RƏSMİ

31 Oktyabr 2014 15:09
2 Şərh     Baxış: 5 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 176 təsərrüfat subyektində nəzarət tədbirləri həyata keçirib.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının aznews.az-a verdiyi məlumata görə, yoxlama aparılan təsərrüfat subyektlərindən 43-də standartlara uyğun olmayan məhsullar aşkar edilib.

F.Talıblı bildirib ki, 24 şadlıq sarayında da müəyyən yeməklərin istehsalı və satışına qadağa qoyulub.

Komitə sözçüsü onu da əlavə edib ki, dönər satışı ilə məşğul olan 20 müəssisədə də yoxlama aparılıb. Onlardan 17-də standartların tələblərinin pozulması üzə çıxıb və bu nöqsanlar aradan qaldırılıb.

Standartların daha çox pozulduğu ərazilər Bakı şəhərində qeydə alınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.