Cəmiyyət

Namaz əməlləri arasında təkbir söyləmək vacibdirmi?

31 Oktyabr 2014 19:57
0 Şərh     Baxış: 1 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Namaz əməlləri arasında təkbir söyləmək vacibdirmi? Təkbiri hansı şəkildə söyləmək lazımdır? 

Milli.Az islam.az-a istinadən bildirir ki, namaz əməlləri arasında təkbir söyləmək vacib deyil, müstəhəbdir. Yalnız namazın lap əvvəlində deyilən "iftitah təkbiri" və ya "təkbirətül-ehram" vacibdir və namazın rüknüdür.

Yəni qəsdən ya bilməyərəkdən deyilməsə, namaz batil olar. Namazın qalan əməllərinin arasında, yəni hər bir əməli başlayanda və bitirəndə təkbir demək savabdır. Bu zaman əlləri yuxarı qaldırmaq da vacib deyil, müstəhəbdir.

Cəfəri məzhəbinə görə, bütün təkbirləri deyərkən bədən aram (sakit) halda olmalıdır. Yəni hər bir hərəkəti bitirəndən sonra və növbəti əmələ keçməzdən əvvəl aram duranda təkbir deyilir. Əhli-sünnə məzhəbində təkbir hərəkət zamanı deyilir; məsələn, rükuya əyilərkən, səcdədən qalxarkən.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.