Cəmiyyət

Nquyen Duk Loi: "AzərTAc ilə VNA arasında əməkdaşlıq ölkələrimizin əlaqələrinin genişlənməsinə xidmət edir"

31 Oktyabr 2014 11:33
Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"AzərTAc ilə Vyetnam Xəbər Agentliyi arasında əməkdaşlıq haqqında saziş hər iki agentliyə ölkələrimizdə baş verən hadisələr haqqında çevik xəbər mübadiləsi aparmağa, habelə iki xalq arasında qarşılıqlı anlaşmanı möhkəmləndirməyə, Vyetnam-Azərbaycan əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açmağa xidmət edir".

Bu fikri AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nquyen Duk Loi deyib.

AzərTAc-ın dəvəti ilə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfəri barədə danışan baş direktor deyib ki, bu Forum milli və müasir memarlıq nümunələri ilə zəngin Bakını görmək, ölkənin iqtisadi inkişafı ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdı. Paytaxt ilə yanaşı, dahi Nizami Gəncəvinin vətəni qədim Gəncəni görmək imkanı da əldə etdik.

Nquyen Duk Loi bildirib ki, səfər qısa olmasına baxmayaraq, regionda və dünyada böyük nüfuza malik Azərbaycan və onun zəngin ənənələri olan xalqı haqqında xeyli məlumat əldə etdik.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.