Cəmiyyət

Heç vaxt qışda ağac kəsmə

30 Oktyabr 2014 19:16
0 Şərh     Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çovğunlu qış gecəsi bir ailənin odunu qurtardı. Ata baltanı götürüb yaxınlıqdakı meşəyə getdi və quru ağac taparaq onu kəsdi.

Bahar gəldikdə isə o, kəsdiyi ağacın kötüyünün yeni pöhrələr verdiyini gördü.

Ata üzünü oğluna tutub dedi:

- Mən əmin idim ki, bu ağac artıq məhv olub. O gecə çox şaxtalı idi, ağacın budaqları qurumuşdu. Belə təsəvvür yaranırdı ki, onun kötüklərində zərrə qədər həyat qalmayıb. Lakin indi anlayıram ki, sən demə bu ağac hələ yaşayırmış. Bu dərsi heç vaxt unutma. Heç vaxt qışda ağac kəsmə. Heç vaxt namünasib vaxtda və yaxud əhvalın pis olduqda qərar qəbul etmə. Səbr et, gözlə. Çətin zamanlar ötüb keçəcək. Baharın mütləq qayıdacağını heç vaxt unutma.

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.