Cəmiyyət

Bakı metrosu sakinləri məyus etdi

30 Oktyabr 2014 13:10
1 Şərh     Baxış: 2 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı metrosunun xətlərinin və stansiyalarının artırılması istiqamətində böyük işlər görülür. "28 May" stansiyasında "yaşıl" və "qırmızı" zolaqlar üzrə tunellər çəkilir. Bütün bu işlər sərnişinlərin rahatlığı üçün edilir. Ancaq nədənsə "İçərişəhər"dən "Dərnəgül" stansiyası istiqamətində metro çəkilməsi üçün iş görülmür. 

Milli.Az xəbər verir ki, Day.Az saytına məktub yazan oxuculardan biri maraqlanır ki, "İçərişəhər" - "Dərnəgül" istiqamatində xətt olacaqmı?

Sualı saytın əməkdaşı Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevə yönləndrib.

Onun sözlərinə görə, "Qırmızı zolaq" ("Həzi Aslanov"-"İçərişəhər" və "Yaşıl zolaq" ("Dərnəgül"-"Xətai") "28 May" stansiyasında kəsişir. Hazırda bu xətlərin ayrılması istiqamətində işlər aparılır. Bu xətlər ayrıldıqdan sonra qatarlar arasındakı interval 4 dəqiqədən 2 dəqiqəyə endiriləcək. 

"Oxucunun təklifinə gəlincə isə, Metropolitenin planlarında belə bir xəttin çəkilməsi nəzərdə tutulmayıb. Həmin məsələ müzakirə olunmur", - o əlavə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.