Cəmiyyət

Elektroşokun bizə təsirləri - VİDEO

30 Oktyabr 2014 12:47
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhvən elektroşoka məruz qalanlar kompensasiya ala biləcəklər

Cinayətkarlarla mübarizədə yeni üsuldan istifadə edilə biləcək. Elektroşokdan. Yeni üsulunu tədqiqinə keçməzdən əvvəl nəyi bilməyliyik? Onun insanlarin səhhətinə mənfi təsiri ola bilərmi?

ANS TV-nin məlumatına görə, Milli Məclisin iclasında "Polis haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Diqqət çəkən məqamlardan biri gələcəkdə polis işçilərinə elektroşokdan istifadə etməsinə imkan verən bəndin olması idi.

Yeni qəbul olunan bu layihə qısa zamanda əks-səda doğurdu desək, yanılmarıq. Düzdür, ilk baxışdan elektroşokun cinayətkarların və ya şübhəli şəxslərin tutulmasında istifadə edilməsi yenilik deyil. Dünyanın bir sıra ölkələridə bu vasitəyə müraciət edilir. Amma məsələ bundadır ki, elektroşoklar bizim cəmiyyət, o cümlədən polis əməkdaşları üçün yenidir. İndi qarşıda duran əsas məsələ onların bu vasitələrdən düzgün istifadə etməyi bacarmalarıdır.

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, bir neçə demokratik sivil dövlətlərdə var, qoy bizdə də olsun:

"Bundan artıq istifadə edərkən səlahiyyət çərçivəsini aşmaq, hakimiyyət səlahiyyətlərindən sui-istifadə etmək, qanuna düzgün əməl olunacaqmı? Bu artıq 3-cü kontekstdən yanaşmadır".

Məsələnin digər tərəfi elektroşokların insan səhətinə olan təsiridir. Araşdırmalar göstərir ki, bu vasitələr bəzi insanların sağlamlığına mənfi təsir göstərir. Əsasən sinir sistemini zədələyir və insanın iflic olması ilə nəticələnə bilir.

"Bu öldürücü silahlar kimi getmir, amma ürəyi zəif olan insana bu tədbiq olunsa, o ölə bilər", - deyə həkim İbrahim Əsədli bildirib.

Milli Məclisdə irəli sürülən qanuna dəyişiklikdə elektroşok vasitələrini gəzdirmək, saxlamaq və istifadə etmək məsələləri ilə DİN-in məşğul olacağı və nazirliyin nəzdində xüsusi bir qurumun yaradılacağı bildirilir. Qanun layihəsində bu vasitələrin kimlərə tətbiq olunacağı da göstərilir. İnsanın həyat və sağlamlığı üçün təhlükə yarandıqda, şübhəli şəxsin saxlanılması və tutulmasında, kütləvi iğtişaşlarda, həbs olunanları müşayiət etdikdə polis əməkdaşlarının elektroşokdan istifadə etməsinə icazə veriləcəyi qeyd olunur. Ortaya bir sual çıxır. Şübhəli olan şəxsin günahı sübuta yetirilməsə və ona bəraət verilsə necə? Güc strukturları şübhələndikləri şəxsə qarşı fiziki təyziq göstərərlərsə və sonradan bu şübhələri özünü doğrultmazsa, həmin şəxs hansı addımları ata bilər?

"Azərbaycan vətəndaşlarının hər birinin hüquq və azadlıqları Konstitusiya ilə qorunur və insanların toxunulmazlıq hüququ var. Bugünkü qüvvədə olan qanunvericilik imkan verəcək ki, gələcəkdə belə hallar baş verərsə vətəndaşlar polis əməkdaşlarına qarşı xüsusi iddia ilə çıxış edə bilər və ona dəyən maddi və mənəvi zərərə görə kompensasiya ala bilərlər", - deyə millət vəkili Çingiz Qənizadə vurğulayıb.

Mütəxəssislər elektroşokdan istifadə edəcək olan polis zabitlərini ilk növbədə bu vasitələr haqqında məlumatlandırmağı və mütəmadi olaraq onlara məşğələlərin keçirilməsini vacib sayır. Ümid edək ki, bu qanun qüvvəyə mindikdən sonra polis əməkdaşları bu vasitədən düzgün istifadə edəcəklər. Bunu isə artıq zaman göstərəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.