Cəmiyyət

Bakıda bu avtobus sürücüsü sərnişini "razborka"ya çağırdı - FOTO

30 Oktyabr 2014 00:50
3 Şərh     Baxış: 3 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtobus sürücünün hərəkətinə etiraz edən sərnişin gözləmədiyi halla üzləşib. Avtobusun sürücüsü onu duelə çağırıb

Oxucu Milli.Az-a yazır ki, dünən 17 nömrəli sərnişin avtobusunda sürücü disko musiqiyə yüksək səslə qulaq asırmış. Sürücüyə etiraz edərək sərnişin musiqinin səsini aşağı endirməsini xahiş edib, lakin əvəzində duelə çağrılıb.

"Məhərrəmlikdir dedim, yenə də kəsmədi. Bizim millət nə vaxta kimi haqqını tələb etməyəcək, belə də haqsızlıqlar görəcək. Sözüm sürücüyə xoş gəlmədiyindən mənə telefon nömrəsini verdi ki, zəng edim və görüşüb söhbət edək", - deyə oxucu qeyd edir.

Oxucu həmin sürücünün mobil nömrəsini də Milli.Az-a təqdim edib. Həmin nömrəyə zəng edərək sürücüdən hərəkətinin səbəbini soruşduq: "Mən olmamışam sərnişinlə danışan. Yəqin qardaşım olub. Özü sənə zəng edəcək", - deyərək telefonu söndürdü.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.